İsrail ABŞ olmadan İranın nüvə obyektlərini məhv edə bilməz - “Associated Press”

İsrail ABŞ olmadan İranın nüvə obyektlərini məhv edə bilməz - “Associated Press” backend

İsrail ABŞ Hərbi Hava Qüvvələrinin köməyi olmadan İranda uranın zənginləşdirildiyi yeraltı obyektləri məhv edə bilməyəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata əsasən, İsrailin ABŞ Hərbi Hava Qüvvələrində xidmətdə olan GBU-57 idarəolunan anti-bunker aviabombalarına ehtiyacı var. Xüsusilə, bu sursatlar İranın 90 metr dərinlikdə dağın altında yerləşən Fordodakı uranın zənginləşdirilməsi obyektini məhv etməyə qadirdir.

Qeyd olunur ki, İsrailin bomba daşıya bilən təyyarələri yoxdur (bir GBU-57-nin çəkisi 13,6 tondur). Bunun üçün Amerikanın B-2A Spirit ağır strateji bombardmançıları lazımdır.

QAZİLER.AZ

Diaspora