Meksikanın Sakatekas ştatında polislə silahlı şəxslər arasında silahlı toqquşma baş verib. Hadisə nəticədə 13 nəfər ölüb.
Qaziler.az-ın məlumatına görə, bu barədə ştatın baş katibi Rodriqo Reyes “Facebook” sosial şəbəkəsində dərc etdiyi bəyanatında bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri arasında itki yoxdur.
Reyesin sözlərinə görə, 13 hücumçu zərərsizləşdirilib, hüquq-mühafizə orqanlarının əməkdaşları arasından isə xəsarət alan və ölən olmayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, hüquq-mühafizə əməliyyatı Vilyanueva bələdiyyə tərəfindən regionda təhlükəsizliyin təmin edilməsi və asayişin bərpası məqsədilə həyata keçirilib. Xüsusi əməliyyat zamanı bir qrup silahlı şəxs polisə hücum edib.
QAZİLER.AZ