Özbaşına İsraili tərk edə bilməyən hərəkət qabiliyyəti məhdud Rusiya vətəndaşlarının Misir və İordaniyaya tibbi evakuasiyası təşkil olunacaq.
Qaziler.az-ın məlumatına görə, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyinin “Telegram” kanalında məlumat verilib.
"Təxliyə edilməli olan şəxslər yataq xəstəsi və tibbi səbəblərə görə tibbi nəqliyyatla evakuasiya edilməli olan xəstələrdir. Tibbi təxliyə edilməli olan şəxsi bir və ya iki nəfər müşayiət edə bilər", - məlumatda deyilir.
Səfirlik əlavə edib ki, evakuasiya üçün ruslar [email protected] elektron poçtuna sorğu göndərməlidirlər. Mövzu hissəsində “Tibbi evakuasiya” qeyd edilməlidir. Diplomatik nümayəndəlik qeyd edib ki, sorğuda şəxsi məlumatlar, sənədlərin surəti, əlaqə məlumatları və sağlamlıq vəziyyəti haqqında ətraflı məlumatlar olmalıdır.
QAZİLER.AZ