İsrail ordusu hazırda Tehran ərazisində hərbi obyektlərə zərbələr endirir.
Apa xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
"Hazırda Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminin hərbi obyektlərinə zərbələr endirir", - məlumatda qeyd edilib.
***
İranda yeni partlayışlar qeydə alınıb.
Apa İran mətbuatına istinadən xəbər verir ki, bu gün günorta saatlarından sonra ölkənin Tehran və Kərəc bölgələrində partlayışlar qeydə alınıb.