Gələn həftə Haaqada keçiriləcək NATO sammitnə Ukrayna çətin ki, dəvət alsın. Bu məsələ gündəmdə deyil.
Qaziler.az bildirir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budrisə istinadən LRT məlumat yayıb.
“Bu məsələ qətiliklə NATO-nun gündəliyində deyil və biz ukraynalıların özlərindən eşitmədiyimiz kimi, heç kim Haaqaya dəvətlə bağlı hər hansı gözlənti formalaşdırmayıb.
Litvalı nazirin sözlərinə görə, istər Vaşinqton sammitində, istərsə də Haaqada keçiriləcək görüşdə innovativ qərarların olacağına dair heç bir gözlənti yoxdur.
Litvanın xarici işlər naziri hesab edir ki, sammitin diqqətini Ukraynaya yönəltmək və NATO ölkələri ilə Moskvanın təcavüzünə qarşı mübarizə aparan Kiyevin eyni təhlükəsizlik məkanında olduğunu vurğulamaq vacibdir.
Budris həmçinin bildirib ki, Litva Alyansın birliyini və ABŞ-ın kollektiv çəkindirmə və müdafiədə rolunun vacibliyini vurğulayacaq, Ukrayna və Rusiyadan birbaşa təhlükə məsələsinə diqqət yetirəcək.
QAZİLER.AZ