Almaniyanın Osnabryük şəhərində İkinci Dünya Müharibəsindən qalma bombası aşkar edilib
Almaniyanın Aşağı Saksoniya əyalətinin Osnabryük şəhərinin 11 minə yaxın sakini İkinci Dünya Müharibəsindən qalma partlamamış bombanın tapılması səbəbindən dərhal evlərini tərk etmək məcburiyyətində qalıb.
Qaziler.az bildirir ki, bu barədə məlumat iyunun 17-də şəhərin rəsmi saytında dərc olunub.
"Təhlükəli ərazilərin sakinlərinin dərhal təxliyyəsi həyata keçiriləcək. Xahiş olunur, evlərinizi tərk edin", - məlumatda deyilir.
Mərminin tikinti işləri zamanı aşkar edildiyi bildirilir. Osnabryük səlahiyyətliləri aydınlaşdırıb ki, evakuasiyanın yerli vaxtla saat 19:00-a qədər başa çatdırılması planlaşdırılır. Bir sıra ərazilər, o cümlədən şəhərin mərkəzi hissəsi təhlükə zonasındadır.
QAZİLER.AZ