Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib backend

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda İranın ali rəhbəri ayətullah Əli Xameneinin aradan götürülməsi ilə bağlı plan yoxdur. lakin o, İran liderindən qeyd-şərtsiz kapitulyasa tələb edib.

Apa xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

"Biz Ali Lider adlanan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu aradan götürmək fikrində deyilik, ən azı hələlik", - Tramp qeyd edib.

"Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını istəmirik. Səbrimiz tükənir", - Tramp vurğulayıb.

"Qeyri-şərtsiz kapitulyasiya" - Tramp əlavə edib.

Diaspora