Fransa aviasiyası İŞİD-in İraqdakı mövqelərinə ilk hava zərbələri endirib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pyer de Vilye bəyan edib.
“İŞİD-in Ramadi və Mosul şəhərlərindəki mövqelərinə zərbələr endirilib. Bu, yerli quru qüvvələrinin dəstəyi ilə baş tutub”, deyə general de Vilye bildirib.Prezident Fransua Olland isə bundan əvvəl bildirib ki, Fransa İŞİD-in Suriyadakı mövqelərinə endirilən zərbələrin sayını artıracaq.