İsrailin müdafiə naziri Xameneini Səddam Hüseynin taleyi ilə hədələyib

İsrailin müdafiə naziri Xameneini Səddam Hüseynin taleyi ilə  hədələyib backend

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İranın ali dini lideri Ayətullah Əli Xamnei İsrail vətəndaşlarına qarşı hərbi cinayətlər törədir.

Qaziler.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

O, həmçinin ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın ölkəsini işğal etməsindən sonra Amerika hərbçiləri tərəfindən əsir götürülən və edam edilən İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyi ilə də hədələyib.

Mən İran diktatorunu müharibə cinayətləri törətməyə və İsrail mülki əhalisinə raket atmağa davam etməməsi barədə xəbərdarlıq edirəm. O, İsrail dövlətinə qarşı eyni yolu tutan İranın qonşu ölkəsində diktatorun başına gələnləri xatırlamalıdır”, - Katz qeyd edib.

Katz əlavə edib ki, İsrail İrandakı hərbi obyektlərə hücumları davam etdirəcək. O, həmçinin İranda dövlət televiziya və radio şirkətinin qərargahının binasına zərbə endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, məkan mülki pərdə altında hərbi məqsədlər üçün istifadə edilib.

QAZİLER.AZ

Diaspora