Ronaldo Trampa sülh üçün imzalı formasını göndərdi - VİDEO/FOTO

Ronaldo Trampa sülh üçün imzalı formasını göndərdi - VİDEO/FOTO backend

Portuqaliyalı məşhur futbolçu Kriştiano Ronaldo  ABŞ prezidenti Donald Trampa imzalı formasını göndərib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hədiyyə Kanadanın Kananaskis şəhərində keçirilən G7 sammitində təqdim edilib.

Ronaldonun imzaladığı forma Portuqaliya komandasına məxsus olub. Üzərində isə “To President Donald J Trump. Praying for peace! (Prezident Donald Trampa. Sülh üçün dua edirəm)” ifadələri yer alıb.

Hədiyyəni qəbul edən Tramp formanı kameralara göstərərək şəkil çəkdirib.

QAZİLER.AZ

Diaspora