"ChatGPT" ABŞ Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilə imzalayıb

"ChatGPT" ABŞ Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilə imzalayıb backend

Amerikanın “OpenAI” şirkəti milli təhlükəsizlik sahəsində problemlərin həlli üçün nəzərdə tutulmuş süni intellekt sisteminin prototipinin yaradılması üçün ABŞ Müdafiə Nazirliyi ilə 200 milyon dollarlıq müqavilə imzalayıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi bloqunda qeyd edilib.

Müqavilənin şərtlərinə əsasən, “OpenAI” həm döyüş şəraitində, həm də müdafiə idarəsinin inzibati və analitik strukturlarında tətbiq olunan qabaqcıl süni intellekt alətləri hazırlayacaq. İşlərin 2026-cı ilin iyul ayına kimi başa çatdırılması nəzərdə tutulur.

Keçən ilin sonunda "OpenAI" həmçinin silah istehsalçısı "Anduril Industries Inc" ilə əməkdaşlıq edəcəyini açıqlayıb. Əməkdaşlıq çərçivəsində pilotsuz təyyarələrlə mübarizə üçün AI sistemi hazırlanacaq. Şirkətin portfelinə həmçinin ChatGPT Gov - dövlət işçiləri üçün AI, NASA, Milli Səhiyyə İnstitutu, Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası və Xəzinədarlıq Departamenti ilə birgə layihələr daxildir.

OpenAI süni intellekt sahəsində aparıcı tərtibatçılardan biridir. Şirkət GPT-4 və ChatGPT dil modelləri ilə tanınır.

QAZİLER.AZ