Tramp: "İrana sülh təklif etməmişəm"

Tramp: "İrana sülh təklif etməmişəm" backend

ABŞ prezidenti Donald Tramp İrana danışıqlar aparmaq təklifi ilə müraciət etmədiyini bildirib.

Qaziler.az-ın məlumatına görə, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.

“Mən heç bir şəkildə İrana sülh danışıqları təklifi ilə yanaşmamışam”, - nəşrin məlumatında qeyd olunub.

Ağ Evin rəhbəri qeyd edib ki, İran ABŞ-nin nüvə sazişi ilə bağlı təklifini qəbul etməli idi, çünki bu, çox insanın həyatını xilas edə bilərdi.

Tramp həmçinin bildirib ki, Tehran Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə hücum etmək qərarına gələrsə, ABŞ İrana sərt cavab verəcək.

QAZİLER.AZ

Diaspora