Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taksi sürücüləri ilə görüşüb. ANS PRESS-in məlumatına görə, Ankaraya səfər edən prezident paytaxtdakı taksi çağırış mərkəzlərindən birində olub. Taksi dayanacağında sürücülərlə söhbət edən Ərdoğan uzun müddət onların işləri ilə maraqlanıb. Sürücülər ölkə prezidentinə smit və çay veriblər.
Ərdoğanın səfəri zamanı maraqlı anlar da yaşanıb. Belə ki, söhbət əsnasında dayanacaqda telefon zəng çalıb. Telefona Ərdoğan "Bura taksi dayanacağıdır, buyurun" deyə, cavab verib.Prezidentin gülüşünə səbəb olan anlardan biridə sürücülərdən birinin telefon zəngi olub. Belə ki, xarici mahnılardan birini telefon zəngi kimi istifadə edən sürücünün telefonu zəng çalıb. Bu zaman onun yoldaşları və dövlət başçısı gülüşünü gizlədə bilməyib.
Baş nazir olanda da taksi dayancağında olan Ərdoğan sürücülərlə xatirə şəkli çəkdirib.