Ukraynada döyüşən oğlunun ölüm xəbərini alan ana yarım saatdan sonra vəfat edib

Ukraynada döyüşən oğlunun ölüm xəbərini alan ana yarım saatdan sonra vəfat edib backend

Rusiyada Bryansk vilayətinin sakininin Ukraynada döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra ürəyi dayanıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Vkontakte” sosial şəbəkəsində məlumat yayılıb.

Məlumata görə, Poçepdən olan bir qadın "DXR"in Makeyevka kəndi yaxınlığında 1985-ci il təvəllüdlü oğlunun öldüyü barədə bildiriş alıb. Xəbəri alandan yarım saat sonra qadın dünyasını dəyişib.

“Yəqin ki, yazıq qadının ürəyi parçalanıb, ana aldığı xəbərə dözə bilməyib”, - nəşr yazıb.

Ananın 63 yaşında olduğu məlum olub.

QAZİLER.AZ

Diaspora