Türkiyə silahlı qüvvələrinə məxsus 3 helikopter Suriya ilə sərhəddəki türkmanlara yardıma gedib. Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Türkiyə hərbçiləri Bəşər Əsəd silahlıları tərəfindən öldürülən dinc türkmanların qorunmasına yardım edəcək.
Məlumata görə, Türkiyə hərbi helikopterlərinə qurudan 500 nəfərlik “Bordo bereli” xüsusi təyinatlıları dəstək verəcək.
Xatırladaq ki, Türkiyədə “dərin dövlət” adamı hesab olunan Sedat Peker də Suriyanın “Türkman dağı” bölgəsindəki türkmanlara 4 “TIR”a yüklənmiş 3 min ədəd yataq dəsti, hərbi geyim və ləvazimatlar göndərib.