ABŞ yaxın vaxtlarda Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə aparmaq üçün xüsusi təyinatlı dəstə göndərəcək.
QAZİLER.AZ Axar.az-a istinadla xəbər verir ki, bu barədə İŞİD əleyhinə qurulan koalisiyanın ABŞ üzrə rəsmisi Bret Makqurk deyib. Onun sözlərinə görə, qüvvələr İŞİD-in paytaxtı hesab olunan Rakkaya (Suriya şəhəri) quru hərəkatının planlamasını həyata keçirəcək.ABŞ rəsmisi xüsusi təyinatlıların Suriyadakı hansı qruplarla əməkdaşlıq edəcəyini açıqlamayıb.