İsrail Ordusu indiyədək İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 hissəsini sıradan çıxarıb.
Apa xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.
Qeyd olunub ki, ötən axşamkı əməliyyatlar nəticəsində 20 ədəd "Yer - Yer" tipli raket sistemi zərərsizləşdirilib, əməliyyatlar başlayan gündən sıradan çıxarılan sistemlərin sayı isə 120-yə çatıb.
Eyni zamanda, İsfahan əyalətində 100-dən çox hərbi obyektə zərbələr endirilib:
"İndiki dövrədək təqribən 50 ədəd qırıcı tərəfindən raketlərin saxlanıldığı yerlər, eləcə də buraxılması üçün hazır vəziyyətə gətirilmiş 20 ədəd raketin mövqeyi müəyyənləşdirilərək, məhv edilib".