“Əgər qarşı tərəf aqressiyanı dayandırsa, İran İsrailə zərbələri dayandırmağa hazırdır”.
"Report"un məlumatına görə, bunu Tehranda xarici diplomatlarla görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bizim əlimizdə ABŞ-nin regiondakı hərbi bazalarından İsrailin istifadə etməsinə dair tutarlı dəlillər var. Biz müdafiə olunuruq və müdafiəmiz tamamilə qanunidir. Beynəlxalq qanunlara əsasən hər bir dövlətin özünü müdafiə etmək hüququ var. Təbii ki, İsrail bombardmanı dayandırsa, biz də müdafiəmizi dayandırarıq”, - deyə İranın xarici işlər naziri bildirib.