Məşhur aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Məşhur aviaşirkət Rusiyaya uçuşları  dayandırdı backend

Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Air Arabia” aviaşirkəti iyunun 14-dək Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Gürcüstan, İordaniya, İraq, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistana uçuşları dayandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, uçuşların dayandırılması barədə qərar Yaxın Şərqdə "mövcud vəziyyət və hava məkanının bağlanması ilə əlaqədar" verilib.

Air Arabia həmçinin digər ölkələrə bəzi reyslərin gecikdiyini və ya istiqamətinin dəyişdirildiyini bildirib.

Aviaşirkət Əbu-Dabi, Şarja və Ras əl-Xaymədən uçuşlar həyata keçirir.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda BƏƏ-nin flaqman aviaşirkəti iyunun 13 və 14-də İordaniya, İraq, İran və Livana həyata keçirəcəyi bir sıra reysləri də ləğv edib.

QAZİLER.AZ

Diaspora