İsrail prezidenti xalqına çətin günlərlə bağlı xəbərdarlıq edib

İsrail prezidenti xalqına çətin günlərlə bağlı  xəbərdarlıq edib backend

İsrailin baş naziri Benyamin Netanyahu ölkə prezidenti İsaak Hersoqa İrandakı əməliyyatın gedişi barədə məlumat verib. Görüşün ardınca Hersoq “X” sosial şəbəkəsində Netanyahunu və İsrailin bütün hərbi rəhbərliyini tərifləyərək həmvətənlərini qarşıdakı çətin günlər barədə xəbərdar edib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

"Hamımızın birlikdə keçməli olacağı çətin günlər və çətin anlarla qarşılaşırıq. Mən bütün qəlbimlə inanıram ki, biz birlikdə möhkəm dayana biləcəyik. Biz birlikdə yeni, daha təhlükəsiz və daha ədalətli reallıq quracağıq. Təkcə bizim üçün deyil, bütün Yaxın Şərq üçün", - Hersoq qeyd edib.

İsrail prezidenti vətəndaşları ayıq-sayıq olmağa və Daxili Cəbhə Komandanlığının göstərişlərinə ciddi əməl etməyə çağırıb.

QAZİLER.AZ

Diaspora