Fransa İsrailə İrana zərbə endirməyi tövsiyə etməyib - Makronun reaksiyası

Fransa İsrailə İrana zərbə endirməyi tövsiyə etməyib - Makronun reaksiyası backend

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında İsrailin İrana zərbə endirməsinə münasibət bildirib.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini TASS sitat gətirib.

Makronun sözlərinə görə, İranın hədəflərinə zərbələr endirərkən Fransa İsrailə dəstək verməyib.

"Fransa bu hücumların edilməsində iştirak etməyib", - Makron deyib.

Eyni zamanda Makron bəyan edib ki, İsrail İrana hücum etməklə özünümüdafiə və təhlükəsizlik hüququndan istifadə edir. Makronun sözlərinə görə, Fransa İranın nüvə proqramını pisləyib və diplomatik yollarla Tehrana təsir göstərməyə çalışıb.

QAZİLER.AZ

Diaspora