Rusiyadan Ukraynaya daha 1200 hərbçinin meyiti qaytarılıb.
Bu barədə “RBK Ukrayna” Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.
"Keçirilmiş repatriasiya tədbirlərinin nəticəsi olaraq Ukraynaya 1200 nəfərin meyiti qaytarılıb", - qərargahdan bildirilib.
Qeyd edək ki, bu repatriasiya İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq baş tutub.