İsrail İrana aviazərbələri dayandırdığını elan edib

İsrail İrana aviazərbələri dayandırdığını elan edib backend

İsrail ordusu İranın raket infrastrukturuna genişmiqyaslı hava zərbələri əməliyyatının başa çatdığını elan edib. Son saatlarda onlarla hərbi obyekt dağıdılıb.

Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” nəşri xəbər verir.

İyunun 13-ü axşam saatlarında İDF İran rejiminin yer-yer raket infrastrukturuna bir sıra hava hücumlarının başa çatdığını elan edib.

İsrail hərbi rəsmiləri əməliyyatın dəqiq kəşfiyyat məlumatlarına əsaslandığını və ciddi təhlükəni zərərsizləşdirmək məqsədi daşıdığını bildiriblər.

İDF həmçinin xəbərdarlıq edib ki, İranın raket arsenalında “region və dünya üçün” təhlükə yaradan minlərlə kilometr məsafəyə malik silahlar var.

QAZİLER.AZ

Diaspora