İngiltərənin Baş naziri Devid Kemeron Fransaya səfər edib. Axar.az xəbər verir ki, britaniyalı siyasətçi Fransa Prezidenti Fransua Ollanda birgə Paris hücumları zamanı 89 nəfərin həlak olduğu “Bataklan” konsert salonuna gələrək, ölənlərin xatirəsinə çələng qoyub.
Ziyarətdən sonra Tvitter səhifəsində fikirlərini bölüşən baş nazir Fransa xalqının dərdinə şərik olduğunu deyib.“Bu gün Prezident Olland ilə görüşmək və terror hücumlarından sonra Fransa xalqının göstərdiyi cəsarətə sayğımı göstərmək üçün Parisdəyəm”, - baş nazir qeyd edib.