Hindistandakı təyyarə qəzasında həlak olanların ailələrinə yardım ediləcək

Hindistandakı təyyarə qəzasında həlak olanların ailələrinə yardım ediləcək backend

"Air India" şirkətinin sahibi olan "Tata Group", dünən Hindistanda baş verən təyyarə qəzasında yaxınlarını itirən hər ailəyə təxminən 115 min dollar yardım ediləcəyini açıqlayıb.

Qaziler.az bildirir ki, "Tata Group", Air India-nın sədri Natarajan Çandrasekaranın açıqlamalarını X sosial media hesabında paylaşıb.

Paylaşımda faciəli hadisədən dərin kədər hissi keçirdiyi bildirilib və yaxınlarını itirən ailələrlə həmrəylik mesajı verilib.

"Tata Group"un həyatını itirənlərin ailələrinə təxminən 115 min dollar ödəniləcəyini qeyd etdiyi paylaşımda, yaralıların müalicə xərclərinin qarşılanacağı da bildirilib.

Təyyarə qəzasında ziyan dəymiş BJ Tibb Kollecinin tikintisinə dəstək veriləcəyi də qeyd olunub.

Digər tərəfdən Hindistanın baş naziri Narendra Modi qəzanın baş verdiyi əraziyə gedərək yaralılarla görüşüb.

Ötən gün Əhmədabad Beynəlxalq Hava Limanından London Qatvik Hava Limanına uçan sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

"Air India" hava yolu şirkəti, "Air India 171" təyyarəsində 169-u Hindistan, 53-ü Britaniya, 1-i Kanada və 7-si Portuqal olmaqla 242 sərnişin və ekipajın olduğunu açıqlayıb.

QAZİLER.AZ

Diaspora