UNESCO hökumətlərin və vətəndaş cəmiyyətlərinin ümumi dialoqu üçün “Ümumdünya forumu” qeyri-hökumət təşkilatı yaratmalıdır.
Axar.az xəbər verir ki, bu, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun UNESCO-ya müraciətində yer alıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin formalaşdırılması və onun dünya siyasətinə təsiri üçün bu təşkilatın yaradılması mühüm xarakter daşıyır. Qorbaçov bu təşkilatda vətəndaş cəmiyyəti nümayəndələri ilə hökumət strukturları üzvlərinin müasir dünyanın problemlərinin həlli yollarını birgə axtaracaqlarını deyib.Qeyd edək ki, az öncə BBC telekanalı 84 yaşlı Mixail Qorbaçovun öldüyü haqqında məlumat yaymışdı.