Dünyanın ən hündür binası Rusiya bayrağının rənglərinə boyanıb - VİDEO

Dünyanın ən hündür binası Rusiya bayrağının rənglərinə boyanıb - VİDEO backend

"Bürc Xəlifə" göydələni Rusiya Günü şərəfinə üçrəngli rənglərlə işıqlandırılıb

Dünyanın ən hündür binası kimi tanınan Dubaydakı Bürc Xəlifə göydələni Rusiya bayrağının rəngləri ilə işıqlandırılıb.

Qaziler.az bildirir ki, müvafiq videonu TASS yayıb.

Göydələn Rusiya Günü şərəfinə üçrəngli rəngə boyanmışdır.

Birləşmiş Ərəb Əmirliklərinin "WAM" Xəbər Agentliyi də xəbər verir ki, BƏƏ rəhbəri Məhəmməd bin Zayed Əl-Nəhyan Rusiya Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Oxşar təbrikləri Rusiya liderinə, eləcə də baş nazir Mixail Mişustinə digər şeyxlər, hökumət üzvləri və Əmirliyin səlahiyyətli nümayəndələri göndərib.

QAZİLER.AZ

 

Diaspora