Tramp İsrailin İrana hücumunu istisna etmir

Tramp İsrailin İrana hücumunu istisna etmir backend

İsrailin İrana zərbə endirməsi qaçılmaz deyil, amma bunun baş verməsi tamamilə mümkündür.

Qaziler.az-ın "RBC-Ukrayna"ya istinadən  məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Bunun qaçılmaz olduğunu söyləmək istəmirəm, amma görünür, bu baş verə bilər. Baxın, bu, mürəkkəb deyil, çox sadədir", - İsrailin İrana zərbə endirməsinin qaçılmaz olub-olmaması ilə bağlı sualı cavablandıran Tramp deyib.

O vurğulayıb ki, İran nüvə silahına malik olmamalıdır.

QAZİLER.AZ

Diaspora