Hindistan təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb - VİDEO

Hindistan təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb - VİDEO backend

Əhmədabaddan Londona uçan Air India təyyarəsinin qəzaya uğradığı yerdə 204 cəsəd tapılıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 12-də Hindistanın "Hindu" qəzeti Əhmədabad polis komissarı Qyanendra Sinqh Malikə istinadən məlumat yayıb.

Təyyarənin qəzaya uğradığı tibb kollecinin binasına da xilasedicilər göndərilib. Təyyarənin göyərtəsində Qucaratın keçmiş baş naziri Vijay Rupani ola biləcəyi bildirilir.

Təyyarənin qəzaya uğrama şəraiti aydınlaşdırılır, xilasetmə əməliyyatı davam etdirilir.

QAZİLER.AZ

Diaspora