Hindistanın Əhmədabad şəhərində “Air India” hava şirkətinə məxsus təyyarənin qəzaya uğradığı hava limanı fəaliyyətini bərpa edib.
Qaziler.az xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
"Əhmədabad hava limanı artıq uçuşlar üçün hazırdır", - məlumatda deyilir.
Qeyd olunub ki, uçuş təhlükəsizliyi protokollarına son dərəcə diqqətlə riayət edilir.
“Air India” aviaşirkətinə məxsus təyyarə iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub
QAZİLER.AZ