İran Rafael Qrossini ittiham edib

İran Rafael Qrossini  ittiham edib backend

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossini təşkilatın etimadının sarsıdılmasına görə məsuliyyət daşıdığını düşünür.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayiyə istinadən məlumat yayıb.

Diplomatın sözlərinə görə, Tehran Qrossini İranın nüvə proqramına qərəzli yanaşmasına görə tənqid edir.

İyunun 12-də MAQATE-nin 35 ölkədən ibarət İdarə Heyəti İranın nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərini pozduğuna dair qətnamə qəbul edib. İran əleyhinə qətnamə MAQATE-nin Rəhbərlər Şurası tərəfindən 19 lehinə səslə qəbul edilib. Üç ölkə - Rusiya, Çin və Burkina Faso əleyhinə səs verib, daha 11 ölkə isə bitərəf qalıb.

QAZİLER.AZ

Diaspora