İsrail Müdafiə Qüvvələrinin əsgərləri Suriyanın cənub-qərbində Fələstinin HƏMAS hərəkatının bir neçə üzvünü saxlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail hərbçilərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.
“Beyt Cindəki gecə əməliyyatı son həftələrdə toplanmış kəşfiyyat məlumatlarına əsaslanıb və çoxsaylı terror əməliyyatları planlaşdıran bir neçə HƏMAS terrorçusunun həbsi ilə nəticələnib”, - məlumatda bildirilib.
Saxlanılanların silah və sursatlarının müsadirə olunduğu, daha sonra dindirilmək üçün İsrailə aparıldığı qeyd olunub.
Eyni zamanda, Suriya Daxili İşlər Nazirliyi jurnalistlərə bildirib ki, İsrail əsgərləri suriyalı mülki şəxsləri saxlayıb, hətta onlardan biri həyati təhlükə yaradan güllə yarası alıb.
QAZİLER.AZ