ABŞ prezidenti Donald Tramp ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) onlarla proqramından qurtulmağı planlaşdırır.
Qaziler.az bu barədə “Bloomberg”ə istinadla yazır.
“Ağ ev NASA-nın elmi xərclərini təxminən 50% azaldaraq, 3,9 milyard dollara endirməyə çağırır”, – nəşr yazıb.
Nəşrin müəllifləri bu siyasətin ümumi xərclərin azaldılmasının tərkib hissəsi olduğunu vurğulayırlar. Bu, federal agentliyin ən aşağı səviyyədə maliyyələşməsinə və nəticədə NASA-nın 40-dan çox proqramının və elmi missiyasının bağlanmasına səbəb ola bilər.
QAZİLER.AZ