"Air India" təyyarənin qəzaya uğraması ilə bağlı AÇIQLAMA VERİB

"Air India" təyyarənin qəzaya uğraması ilə bağlı  AÇIQLAMA VERİB backend

“Air India” aviaşirkəti Əhmədabad hava limanı yaxınlığında təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi saytında məlumat yerləşdirilib.

“ "Air India” aviaşirkətinin Əhmədabaddan "London Gatwick" (LGW) reysi ilə uçan "AI171" reysi 12 iyun 2025-ci ildə insidentlə üzləşib. Hazırda təfərrüatları araşdırırıq və tezliklə vebsaytda, həmçinin “X” hesabımızda yeniləmələri dərc edəcəyik".

Aviaşirkət vurğulayıb ki, kömək üçün təcili yardım nömrəsinə zəng etmək olar.

“Air India” aviaşirkətinə məxsus təyyarə iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb. Təyyarə Əhmədabaddan Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora