“Flightradar” portalı Hindistanda qəzaya uğrayan “Air India” hava şirkətinə məxsus təyyarənin fotosunu dərc edib.
Qaziler.az bildirir ki, portalın məlumatına görə, təyyarə ilk uçuşunu 2013-cü ildə edib.
“Air India” aviaşirkətinə məxsus təyyarə iyunun 12-də günorta saatlarında Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində qəzaya uğrayıb.
Təyyarə Əhmədabaddan Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib.
QAZİLER.AZ