Ruslar problemlərlə üzləşəndə də ədalətin və həqiqətin müdafiəçisi olmaqda davam edirlər.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Əmək Qəhrəmanlarının və dövlət mükafatları laureatlarının təltif edilməsi mərasimində deyib.
“Bu gün biz bu bayramı qeyd edərkən və eyni zamanda çətin çağırışlara cavab verərkən, həqiqəti və ədaləti müdafiə edəndə, ənənəvi dəyərlərimizi qoruyanda gələcək haqqında düşünməyimiz vacibdir”, - Putin vurğulayıb.
Onun sözlərinə görə, ruslar öz qarşılarına iddialı məqsədlər qoyur və “addım-addım” yeni zirvələrə çatır, Rusiyanın gücünü artırırlar.
QAZİLER.AZ