Danimarka Parlamenti (Folketinq) ABŞ Ordusuna krallıq ərazisində geniş səlahiyyətlər, o cümlədən üç hava bazasına - Karup, Skrıdstrup və Olborqa maneəsiz giriş verən yeni müdafiə sazişini təsdiqləyib.
"The Guardian" xəbər verir ki, 2023-cü ilin dekabrında Cozef Bayden administrasiyası altında imzalanan saziş ABŞ qoşunlarının və texnikasının yerləşdirilməsi, təlim və digər əməliyyatların aparılmasını nəzərdə tutur.
Bundan əlavə, Danimarkada cinayət törədən ABŞ hərbi qulluqçuları ölkənin hüquq sisteminə deyil, ilk növbədə ABŞ-nin yurisdiksiyasına tabe olacaqlar.
Sənəd yeni sazişin Danimarkanın suverenliyini pozan hüquq müdafiəçiləri və bir sıra siyasətçilərin tənqidinə səbəb olub. “Birlik Siyahısı” Partiyasının lideri Pelle Draqsted bildirib ki, saziş ölkəyə ziyan vurur və faktiki olaraq Danimarkada yerli hakimiyyətin nəzarəti altında olmayan zonalar yaradır.
Sazişi deputatların böyük əksəriyyəti dəstəkləyib: 94 lehinə səs verib, 11 əleyhinə çıxıb. Bununla belə, Danimarkanın İnsan Haqları İnstitutu xəbərdarlıq edib ki, qanun ABŞ hərbçilərinə etirazların qarşısını almağa və səlahiyyətdən sui-istifadəyə görə məsuliyyətdən yayınmağa imkan verə bilər.
Report.az