ABŞ defolt təhlükəsi ilə üz-üzə qala bilər

ABŞ defolt təhlükəsi ilə üz-üzə qala bilər backend

ABŞ maliyyə naziri Skot Bessent ölkənin dövlət borcuna görə defoltla qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, o, bu fikirləri Nümayəndələr Palatasının Gəlir və Xərclər Komitəsinin dinləmələrində səsləndirib. Nazir qeyd edib ki, hazırda ABŞ-nin 36,9 trilyon dollardan çox dövlət borcu mövcuddur və bu borcun ödənilməsi üçün mövcud vəsait yayın ortalarında və ya sonlarında tükənə bilər. Bessent konkret tarix açıqlamasa da, borc tavanının qaldırılmasının zəruriliyini vurğulayıb.

Nazir daha əvvəl də xəbərdarlıq etmişdi ki, əgər Konqres borc limitini artırmasa, ölkə avqusta qədər defoltla üzləşə bilər. Bu səbəbdən iyulun ortalarına qədər müvafiq qərarın qəbul edilməsi vacib sayılır.

Xatırladaq ki, mart ayında ABŞ Konqresinin Büdcə Ofisi də borc tavanının artırılmaması halında defolt riskinin avqust və ya sentyabrda reallaşa biləcəyini bildirmişdi. Ofisin uzunmüddətli proqnozuna görə, 2034-cü ilə qədər ABŞ dövlət borcunun 50 trilyon dolları keçəcəyi gözlənilir.

Diaspora