Avstriyanın Qrats şəhərində məktəbə hücum nəticəsində xəsarət alan səkkiz Avstriya, iki Rumıniya və bir İran vətəndaşı olmaqla 11 nəfər xəsarət alaraq xəstəxanadadır.
Qaziler.az bildirir ki, bu barədə iyunun 11-də Ştiriya polisi məlumat verib.
"Xəsarət alanlar 15-26 yaş arasında olan 11 nəfər, o cümlədən səkkiz Avstriya, iki Rumıniya və bir İran vətəndaşıdır. Hazırda qurbanların həyatı üçün təhlükə yoxdur", - idarənin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Hadisə zamanı həlak olan tələbələrin 14-17 yaş arasında olduğu bildirilir: altı qız və üç oğlan. Ştiriya polisinin məlumatına görə, şübhəli şəxs məktəbin 21 yaşlı keçmiş şagirdi olub və o da ölüb.
İyunun 11-də yerli vaxtla saat 10:00-da bütün Avstriyada faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətəndaşlar Qratsdakı faciə yerinə çiçəklər və şamlar gətirirlər və ölkə daxilində bir çox tədbirlər ləğv edilib.
QAZİLER.AZ