İyunun 10-da Kolumbiyada ən azı 13 terror aktı baş verib
Qaziler.az bildirir ki, bu barədə "La FM" radiostansiyası öz mənbələrinə istinadən xəbər verir.
Kolumbiyanın cənub-qərbindəki bir bölgədə ən azı 13 koordinasiyalı silsilə partlayış baş verib.
Hücumlar iyunun 10-da Valle del Kauka, Kauka və Narinyo departamentlərinin müxtəlif şəhərlərində baş verib.
Radiostansiyanın məlumatına görə, hücumlar avtomobilləri hədəf alıb. Bundan əlavə, cinayətkarlar polis əməkdaşlarına hücumda qumbaraatanlardan istifadə ediblər.
Yerli media zorakılıq dalğasını Mayimbu kimi tanınan üsyançı liderin ölümünün üçüncü ildönümü ilə əlaqələndirib.
QAZİLER.AZ