Kosova ABŞ-dan olan miqrantları qəbul etməyə hazırdır - FOTO

Kosova ABŞ-dan olan miqrantları qəbul etməyə hazırdır - FOTO backend

Kosovo Respublikasının hakimiyyət orqanları deportasiya olunmuş miqrantların qəbulu və müvəqqəti məskunlaşdırılması məsələlərində ABŞ-la əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.

Qaziler.az bildirir ki, bu barədə CNA məlumat yayıb.

Kosovo bir il ərzində 50-yə qədər insanı qəbul etməyə hazırdır. Lakin bu insanlar daha sonra öz ölkələrinə qayıtmalı olacaqlar.

ABŞ Dövlət Departamenti Vaşinqtonun daimi statusu olmayan əcnəbi vətəndaşların deportasiyası siyasəti çərçivəsində Balkan regionu ölkələri ilə əməkdaşlığı təsdiqləyib.

Qeyd edək ki, ABŞ-də immiqrantalara qarşı başladılan reydlərdən sonra Los-Ancelesdə kütləvi iğtişaşlar baş qaldırıb.

QAZİLER.AZ

Diaspora