Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş əsgərlərinin cəsədlərinin Ukrayna tərəfinə təhvil verilməsi prosesinin videosu yayılıb.
Qaziler.az xəbər verir ki, görüntüləri RİA “Novosti” yayıb.
Kadrlarda cəsədlərin verilməsi üçün işin getdiyi əks olunub.
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski daha əvvəl “İstanbul razılaşmaları”na uyğun olaraq həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsinə başlandığını bildirib. Medinskinin sözlərinə görə, Rusiya Ukraynanın 1212 əsgərinin cəsədini təhvil verib. Ukrayna isə həlak olan 27 əsgəri Rusiya Federasiyasına qaytarıb.
QAZİLER.AZ