Ölənlərin sayı ilə bağlı son məlumat əlavə olunub (ilk xəbər saat 17:36-da yayılıb) Əfqanıstanın Pəncşər əyalətində qar uçqunu nəticəsində ölənlərin sayı 124 nəfərə çatıb. Bu barədə RİA Novosti məlumat verir.
Bundan əvvəl təqribən 100 nəfərin öldüyü, 30 nəfərin isə qar uçqunu altında qaldığı bildirilirdi. Həmin vaxt 16 nəfərin cəsədi tapılmışdı.Hazırda xilasetmə işləri davam edir.