Rusiya xüsusi hərbi əməliyyatlarda həlak olan 27 hərbçinin cəsədini qəbul edib. Ukrayna da öz növbəsində 1212 cəsədi təhvil alıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə hərbi ekspert Aleksandr Kots “Telegram” kanalında məlumat verib.
"Cəsədlərin dəyişdirilməsi 27-yə 1212 olub. Hazırda mübadilə məntəqəsində ukraynalıların cəsədləri yenidən yüklənir - 1212", - o yazıb.
Məlumatda deyilir ki, şəxsi mənbə Kotsa yalnız 27 rus əsgərinin cəsədinin təhvil verilməsi barədə məlumat verib.
QAZİLER.AZ