Bu yaxınlarda amerikalı milyarder İlon Maskla barışmağın mümkünsüzlüyündən danışan ABŞ prezidenti Donald Tramp fikrini dəyişib.
Qaziler.az xəbər verir ki, yaşanan dava-dalaşdan bir neçə gün sonra Ağ Evin rəhbəri “New York Pos”un “Pod Force One” podkastının efirində sahibkarla münasibətlərin yaxşılaşa biləcəyini istisna etməyib.
Tramp deyib ki, o, keçmiş milyarder dostu ilə barışa bilər, lakin bu, hazırda onun üçün prioritet deyil. Amerika lideri qeyd edib ki, onların mübahisəsində Maskı günahlandırmır, lakin onun hərəkətlərindən bir qədər məyus olub.
"Baxın, mən ona qarşı kin saxlamıram. Bunun baş verməsi məni çox təəccübləndirdi. Düşünürəm ki, o, bunu dediyi üçün özünü çox pis hiss edir", - ABŞ prezidenti deyib.
QAZİLER.AZ