Ukraynada ana şeytançıxarma ritualı zamanı qızını öldürüb

Ukraynada ana şeytançıxarma ritualı zamanı qızını öldürüb backend

Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərində 32 yaşlı qadın 3 yaşlı qızını öldürüb.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, evdən gələn uşağın gur qışqırtıları və fəryadları ilə əlaqədar qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Polis evə daxil olanda uşaq artıq ölmüş olub. Ana isə heç bir izahat verməyib. Ehtimal olunur ki, qadın uşağa hansısa ritual edib. Uşaq ağ paltar və çələng geyindirilmiş vəziyyətdə aşkarlanıb. Ana qızına bütün gün pis ruhları qovmaq üçün xüsusi mətnləri oxumağa məcbur edirmiş. Qadın hətta baş verənləri videoya da çəkib.

Qadın əvvəllər psixiatr qəbulunda olmayıb. Bununla belə, keçmiş sinif yoldaşı bildirib ki, kollecdə oxuduğu müddətdə qadının davranışları nəzərəçarpacaq dərəcədə dəyişib. Üçüncü kursda isə onun ətrafında psixi sağlamlıq problemləri ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb.

Daha sonra qadın uşağın atası ilə yazışmalarında onu ələ salan şeytandan qisasını aldığını yazıb.

Faktla bağlı cinayət işi açılıb.

QAZİLER.AZ

Diaspora