Fələstin rəhbəri ilk dəfə İsrailə hücumu PİSLƏDİ

Fələstin rəhbəri ilk dəfə İsrailə hücumu  PİSLƏDİ backend

Fələstin Prezidenti Mahmud Abbas ilk dəfə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu açıq şəkildə pisləyib.

Bu barədə "The Times of Israel" məlumat yayıb.

"HƏMAS-ın mülki insanları öldürməsi və girov götürməsi qəbuledilməzdir. HƏMAS bütün girovları və əsirləri dərhal azad etməlidir", - Abbas Fransa Prezidenti Emmanuel Makron və BMT-nin Fələstinin gələcəyi ilə bağlı keçiriləcək konfransına həmsədrlik edəcək Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məktubunda yazıb.

Abbas əvvəllər HƏMAS-ı girovları azad etməyə çağırıb və dəfələrlə təşkilatı tənqid edib, lakin terror aktının özünü birbaşa pisləməkdən çəkinib.

Xatırladaq ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edərək 800-dən çox dinc sakini və 400-ə yaxın əsgəri öldürüb, 250-dən çox insanı girov götürüb. İsrail buna cavab olaraq Qəzza zolağına müdaxilə edib, girovların azad edilməsi və HƏMAS-ın məhv edilməsi əməliyyatına başlayıb.

Oxu.az

Diaspora