İsrail Ordusunun iyunun 10-da Qəzza zolağının müxtəlif ərazilərinə həyata keçirdiyi hava və artilleriya zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.
Bu barədə Qətərin “Al Jazeera“ telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri humanitar yardım paylama mərkəzinin yaxınlığında – Nəsarim keçid məntəqəsi ətrafında ərzaq yardımı gözləyən insanların üzərinə atəş açıblar.
Nəticədə azı 20 nəfər həyatını itirib.
APA