ABŞ Prezidenti Donald Tramp Los Anceles rəhbərliyini şəhərdəki çaxnaşmanın səbəbkarı olmaqda günahlandırıb.
Apa xəbər verir ki, o bu barədə öz “X” hesabında yazıb.
“Əgər mən hərbi qüvvələri üç gün boyunca Los Ancelesə göndərməsəydim, bir vaxtlar gözəl və möhtəşəm olan o şəhər, Mayorun bacarıqsızlığı səbəbindən iyirmi beş min evin yandığı kimi yanıb külə dönərdi”- o, bildirib.
Ağ Ev lideri evlərin təmir olunmamasının səbəkarı kimi Federal İcazə Prosesini ləngliyini göstərib.