Rusiya ciddi hərbi cinayətlər törədir - Merts

Rusiya ciddi hərbi cinayətlər törədir - Merts backend

Ukraynaya qarşı son kütləvi zərbələr Rusiyanın ciddi hərbi cinayətləridir.

Qaziler.az-ın məlumatına görə, "Tagesschau" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Niderlandın baş naziri Dik Şofla keçirdiyi mətbuat konfransında deyib.

Merz qeyd edib ki, son günlər Rusiya pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə edərək dinc ukraynalılara “məqsədli və amansızcasına” hücum edib.

Kanslerin sözlərinə görə, rusiyalıların bu cür zərbələri "mülki əhaliyə qarşı terrordur" və dronların Rusiya aerodromlarına hücum etdiyi Ukraynanın "Hörümçək toru" əməliyyatına "mütənasib cavabdan başqa hər şey"dir.

Xatırladaq ki, Rusiya iyunun 6-da Ukraynaya irimiqyaslı hücuma başlayıb.

QAZİLER.AZ

Diaspora